"Foqtsu futbol stadionundan daha çox qolf meydançaları cəlb edir" - Nazarov

"Foqtsu futbol stadionundan daha çox qolf meydançaları cəlb edir" - Nazarov
XƏBƏR 26 Avqust 2022 / 09:50 1613
-  A +

"Erzgebirge"də çıxış edən millimizin üzvü Dmitri Nazarov "Liga3-online" nəşrinə müsahibə verib.

Qol.az xəbər verir ki, o, müsahibə zamanı millimizin sabiq baş məşqçisi Berti Foqtsla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualı belə cavablandırıb: "Təəssüf ki, artıq onunla əlaqə saxlamıram. Artıq bir neçə ildir ki, bir-birimizi görmürük.  O, indi futbol stadionundan daha çox qolf meydançaları cəlb edir. Ona görə də daha tez-tez rastlaşmırıq (gülür)".

Nazarov beynəlxalq arenada unuda bilmədiyi oyunun hansı olduğunu da açıqlayıb: "2017-ci ilin martında Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq".


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner