"Qarabağ"ın bütün potensial rəqibləri dəqiqləşdi - Avropa Liqası

"Qarabağ"ın bütün potensial rəqibləri dəqiqləşdi - Avropa Liqası
XƏBƏR 26 Avqust 2022 / 02:00 11310
-  A +

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki bütün potensial rəqibləri dəqiqləşib.

Qol.az xəbər verir ki, püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu yer aldığı səbət istisna olmaqla, digər səbətlərin komandaları ilə eyni qrupda ola bilər:

1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)

2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Ludoqorets" (Bolqarıstan)

3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtülland" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Union" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbaxça" (Türkiyə)

4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qrup mərhələsinin ilk görüşlərinə sentyabrı 8-i start veriləcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner