" Neftçi”nin futbolçusu olmaq mənim üçün böyük fəxrdir. Çünki “Neftçi” böyük klubdur. Mənə görə, ölkənin ən böyük klubudur. Bu təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim. Bayaq vurğuladığım kimi, “Neftçi”nin futbolçusu olmaq mənim üçün böyük fəxr və böyük məsuliyyətdir. Əlbəttə ki, atam və əmilərim mənə məsləhətlərini verdilər, amma bura gəlmək qərarını özüm verdim. Bakı çox gözəl şəhərdir. Gözəl insanları var. Onlar burada bir neçə dəfə olublar və sizin ölkəni çox seviblər. Mənə məsləhət olaraq onu da bildirdilər ki, “Neftçi” Azərbaycanın ən böyük klubudur. Onlar da mənim bura gəlməyimə çox sevindilər. Komandada çoxlu yeni transfer var".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Vato Arveladze klubun telekanalına açıqlamasında deyib.
" Birlikdə bir ailəyə çevrilirik. Komanda yoldaşlarım da çox yaxşıdırlar. Onlar komandaya tez bir zamanda uyğunlaşmağım üçün mənə çox dəstək verirlər. Əsasən də Solomonu qeyd etmək istəyirəm. O mənə məşqlərdə və komanda yoldaşlarımla ünsiyyət qurmaqda çox kömək edir. Ona xüsusi təşəkkürümü bildirirəm. Digər komanda yoldaşlarım da çox yaxşı insanlardır. Biz bir ailə oluruq. Birlikdə oyunlarda qələbələr qazanmağa çalışacağıq. Əlbəttə, vacib amil odur ki, debüt oyunumda qələbə qazana bildik. Düzdür, ikinci matçda məğlub olduq. Amma düşünürəm ki, bu, elə böyük problem deyil. Çempionat öz axarı ilə irəliləyir. Qarşıda çoxlu oyunlar var. Mən matçdan matça daha da yaxşı oynayacağam. Çünki bir neçə ay idi ki, meydana çıxmırdım. Performansımı günbəgün yaxşılaşdıracağam. Birlikdə qələbələr qazanacağıq" - deyə o bildirib.
Oyunçu komanda ilə birlikdə ölkə çempionu tituluna yiyələnmək, azarkeşləri sevindirmək istədiyini söyləyib: "Təbii ki, bir futbolçu kimi bacardığım qədər yaxşı oyun nümayiş etdirmək niyyətindəyəm. Uzun müddətdir öz oyunumu göstərmirəm. Bir daha sübut etmək istəyirəm ki, yüksək səviyyədə oyun nümayiş etdirə bilərəm. Futbolu sevirəm. “Neftçi”nin heyətində oyunlar keçirməyi səbirsizliklə gözləyirəm. Əvvəlcə onu bildirmək istəyirəm ki, “Neftçi” azarkeşlərinin çox yaxşı olduğunu eşitmişəm. Sözün yaxşı mənasında dəlisovdurlar. Onlara demək istəyirəm ki, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam və ürəklə oynayacağam. Davamında görərik nə olur. Bu, futboldur. Öz oyunumu göstərib qollar vurmağa çalışacağam”.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi