"Barselona"dan 5 milyon avro tələb edir

"Barselona"dan 5 milyon avro tələb edir
XƏBƏR 25 Avqust 2022 / 17:28 3441
-  A +

"Barselona"nın futbolçusu Martin Breytveyt müqaviləsinə xitam verib, komandadan ayrılmaq üçün klubdan təzminat tələb edib. 

Qol.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 31 yaşlı hücumçu Kataloniya təmsilçisindən 5 milyon avro istəyir. O, rəhbərliyə bildirib ki, müqaviləsi bitənədək - daha 2 il "Barselona"da qalarsa, elə həmin məbləğdə maaş alacaq.

Daha əvvəl qeyd olunmuşdu ki, "Barselona" Martini "Malyorka"ya satmağa hazırlaşır. 

Əlavə edək ki, Martin 2020-ci ilin fevra ayından "Barselona"nın futbolçusudur.  O, bu müddət ərzində ümumilikdə 57 matçda 10 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner