Millimizin sabiq üzvü Şahruddini tənqid edənləri təhqir etdi - Şəkil

Millimizin sabiq üzvü Şahruddini tənqid edənləri təhqir etdi - Şəkil
XƏBƏR 25 Avqust 2022 / 17:19 6770
-  A +

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab matçında (1:2, ilk oyun - 0:0) etdiyi səhvə görə tənqid edənləri təhqir edib.

Qol.az xəbər verir ki, o, bu barədə öz Feysbuk səhifəsində paylaşım edib. Ruslan yazıb:

“Dünən Şah-Şah qışqırırdınız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner