Qvardiola: "Bernardo "Barselona"nı çox sevir"

Qvardiola: "Bernardo "Barselona"nı çox sevir"
XƏBƏR 25 Avqust 2022 / 16:04 2851
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Bernardo Silvanın "Barselona"ya transfer olunacağı barədə yayılan məlumatlara münasibət bildirib. 

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis ötən gecə Kataloniya təmsilçisi ilə keçirdikləri xeyriyyə matçından (3:3) sonra açıqlamasında deyib:

"Mən "Barselona"ya Bernardo Silvanı transfer etməyi unutmalarını söyləyəcək bir adam deyiləm. Silvanın bizimlə qalmasını istəyirik. Amma mən heç kimin məyus olmasını istəmirəm. Bernardo əla insan və mükəmməl futbolçudur. Transfer pəncərəsinin sonuna cəmi 7-8 gün qalıb. Mən Bernardonun qalmasını istəyirəm. Amma bu həqiqətdir ki, o, "Barselona"nı çox sevir".

Qeyd edək ki, "Barselona"nın artıq 28 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılığa gəldiyi barədə məlumatlar yayılıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner