Məşhur futbolçu "Beşiktaş" üçün İstanbulda

Məşhur futbolçu "Beşiktaş" üçün İstanbulda
XƏBƏR 25 Avqust 2022 / 12:00 5531
-  A +

"Everton"un "Beşiktaş"la razılaşan futbolçusu Dele Alli Türkiyə təmsilçisi üçün İstanbula gəlib. 

Qol.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçini daşıyan təyyarə artıq İstanbula enib. 

Bildirilir ki, D.Alli "Beşiktaş"da icarə əsasında çıxış edəcək və onunla 1 illik müqavilə imzalanacaq. "Beşiktaş" keçidə görə "Everton"a pul ödəməyəcək. Lakin klub oyunçunun mövsümün sonuna qədər bütün maaşını qarşılayacaq. 

Qeyd edək ki, D.Alli 2015-2022-ci illərdə "Tottenhem"də oynayıb və daha sonra "Everton"a transfer olunub. O, İngiltərə millisi ilə 37 matçda meydana çıxıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner