Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya (Çexiya) uduzaraq (1:2, ilk matç - 0:0) mübarizəni dayandırdıqları cavab görüşündən sonra Xorvatiyanın index.hr saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir:
- Əvvəlcə sizi "Viktoriya" ilə oyundakı gözəl qola görə təbrik edirəm. Lakin bu qol mərhələ keçməyinizə kifayət etmədi. Statistikada görünür ki, 2 oyunun cəmində siz daha güclü idiniz. Sizcə, bu, belə idi?
- Təbriklərə görə təşəkkür edirəm. Bəli, mənim fikrim budur ki, daha yaxşı olan komanda mübarizədən kənarlaşdırıldı. Amma "Viktoriya"nı təbrik etməliyəm. Onların layiqli olaraq mərhələ adladığını keçdiyini söyləmək olmaz. Mən düşünürəm ki, biz 2 oyunda da daha yaxşı idik və Çempionlar Liqasının qrupuna getmək üçün bundan istifadə etmədiyimizə görə təəssüflənirəm.
- Mübarizəni Avropa Liqasında davam etdirəcəksiniz. Klubun bu yarışdakı məqsədi nədir?
- “Qarabağ”ın Çempionlar Liqasının seçmə mərhələlərində “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi çempionları mübarizədən kənarlaşdırmasının təsadüfi olduğunu düşünmürəm. “Qarabağ” uzun müddətdir ki, Avropa yarışlarının daimi iştirakçısıdır. Keçən il Konfrans Liqasının qrupundan çıxdıq. Ümid edirik və inanırıq ki, bunu Avropa Liqasında yenidən edə biləcəyik.
- “Qarabağ”ın oyunçuları bu sahədə kifayət qədər tanınmır. Amma açıq-aydın görünür ki, onlar keyfiyyətli futbolçulardır. Komandanın gücünü və Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirərdiniz?
- Aydın məsələdir ki, insanlar burada olan futbolçular haqqında az şey bilirlər. Yerli oyunçular çoxdur. Buradakı həm yerli, həm də əcnəbi futbolçular çox yaxşıdırlar. Bu nəticələr heç də təsadüfi deyil, çünki “Qarabağ” illərdir davamlı olaraq Avropa yarışlarının qrup mərhələsində çıxış edir. Yerli çempionata gəldikdə isə düşünürəm ki, Xorvatiya çempionatı səviyyəsində deyil. Amma “Qarabağ”, “Neftçi”, “Sabah” kimi yaxşı komandalar var. Həqiqətən də burada bir neçə güclü klub var.
- Ötən il Azərbaycan millisində oynamağa başlamısınız. Bu seçimə necə qərar verdiniz və təəssüratlarınız necədir?
- Gördüm ki, Xorvatiya millisində oynamaq şansım yoxdur. Ona görə də 5 il burada keçirdikdən sonra Azərbaycan millisində oynamaq qərarına gəldim. Yığmada tək əcnəbi futbolçu mən deyiləm. Braziliyalı Riçard Almeyda da var.
- Demək olarmı ki, futbolçuların milliləşdirilməsi oradakı federasiyanın strategiyasıdır?
- Federasiya komandaya kömək edə biləcək və burada 5 il oynayan bir oyunçu görüb, bir növ nəticə əldə etmək üçün onu milliləşdirmək istəyir. Düşünürəm ki, mən Azərbaycan millisi üçün oynamağı seçəndə azarkeşlər də sevindilər.
- Azərbaycanda həyat necədir? Azərbaycan dilini bilirsinizmi?
- Burada çoxları kimi mən də rus dilində danışıram. Ona görə də ünsiyyətdə problemim yoxdur. Bakıya gəlincə, bu, həqiqətən müasir şəhərdir, hər şey yeni tikilib. Bakı yaşamaq üçün çox xoş şəhərdir. Əgər imkan olarsa, hər kəsə Bakıya getməyi tövsiyə edərdim.
- Keçmiş klubunuz “Hayduk” Konfrans Liqasının pley-off mərhələsində "Vilyarreal"ın rəqibidir. Komandanın möcüzəli şəkildə qrupa düşəcəyinə inanırsınız?
- “Hayduk”un hansı komadaya qarşı oynadığını nəzərə alsaq, pley offun ilk matçında yaxşı nəticə əldə etdi. 2 il əvvəl "Qarabağ"ın heyətində Avropa Liqasında “Vilyarreal”a qarşı oynamışdım. Ona görə də bu komandanın hansı keyfiyyətə malik olduğunu yaxşı bilirəm.
- Bu arada, "Hayduk" azarkeşləri tərəfindən geri qayıtmağınız üçün çağırışlar olub?
- Mən orada olanda zədələrə görə çox uğursuz çıxış etdim. Əlimdən gələni edə bilmədim. Buna görə çox təəssüflənirəm. Həqiqətən də çoxlu uğursuzluq var idi.
- Bunu düzəltmək istərdinizmi?
- Düşünürəm ki, hər bir futbolçunun arzusu oradakı atmosferi hiss etmək və bundan həzz almaqdır. "Hayduk"un oyunçusu olmasanız və tam dolu bir stadionun qarşısında meydana çıxmasanız, bunu təsvir edə bilməzsiniz.
- Xorvatiyadakı digər keçmiş klublarınızı da izləyirsiniz?
- Əlbəttə, mən "Belup" və onun mövsümə möhtəşəm başlaması, həmçinin "Zdralov" və "Bjelovar"a görə çox şadam. Uşaq vaxtı mən "Zdralov"da oynamışam. Sevinirəm ki, hər 2 kluba stadionlar tikib və əsas komanda üçün şəraiti yaxşılaşdırıb. Həm də uşaqların futbolla məşğul olmaq üçün yerləri var.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər