UEFA Avropada ötən mövsümün ən yaxşı oyunçusunu seçdi

UEFA Avropada ötən mövsümün ən yaxşı oyunçusunu seçdi
XƏBƏR 24 Avqust 2022 / 17:58 3249
-  A +

UEFA-nın texniki müşahidəçiləri "Real"ınn hücumçusu Kərim Benzemanı Avropada 2021/22 mövsümünün ən yaxşı futbolçusu hesab ediblər.

Qol.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Ən yaxşı oyunçunun açıqlanacağı təntənəli mərasim avqustun 25-i keçiriləcək.

İlk üçlüyə fransalı oyunçudan başqa, “Real”ın qapıçısı Tibo Kurtua və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne də düşüb.

Qeyd edək ki, "Real" ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Benzema turnirdə 12 oyun keçirib, 15 qol vurub və 1 qolun ötürməsini verib. O, həmin mövsüm ÇL-də ən çox qol vuran futbolçu olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner