"Qardaşım mənə ilham verir" - Renat Dadaşov

"Qardaşım mənə ilham verir" - Renat Dadaşov
XƏBƏR 24 Avqust 2022 / 11:37 3431
-  A +

Azərbaycan millisinin üzvü və "Qrasshopper"in yeni transferi Renat Dadaşov İsveçrə mətbuatına müsahibə verib. 

Qol.az 20min.ch-ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu yeni klubunda özünü yaxşı hiss etdiyini deyib: 

"İntizamlı olmaq mənim hobbimdir. Nə isə qaydasında olmayanda xoşuma gəlmir. Hər bir hücumçu qollar vurmaq istəyir. Mən də istəyirəm ki, qollarımla özümə və hər kəsə eyni Renat olduğumu göstərim. Hər məşqdə çox çalışırıq. Bacarığımızın 100 faizini ortaya qoyuruq. Komandamızdakı futbolçuların hamısı yaxşı oyunçulardır. Hazırda klubda hər şey yüksək səiyyədədir. Özümü yaxşı hiss edirəm".

Renat bunu da qeyd edib ki, yeniyetmə yaşlarından avtomobillərə böyük həvəs göstərsə də, indi belə deyil: "Əvvəllər avtomobillərə böyük həvəsim var idi. Lakin indi bu mövzuda fərqli düşünürəm. Üç il əvvəl sahib olmaq istədiyim avtomobillərin siyahısını tərtib etmişdim. Amma bunun lazımsız olduğunu bilirəm. Almaniyadakı maşınım hazırda təmir olunur, sonra İsveçrəyə gətiriləcək. Sürixdə böyük maşına ehtiyacınız yoxdur. Avtomobil məni yalnız gedəcəyim ünvana çatdırmaq üçün lazımdır".

Millimizin üzvü ailəsindən də danışıb: "Ailəmlə bağlarım möhkəmdir. İsveçrəyə gələndə ailəm iki dəfə mənə baş çəkib. Qardaşım Rüfət Dadaşov da peşəkar futbolçudur. Bir-birimizin oyunlarını izləyirik. Rüfət mənə çox ilham verir. Hər gün əlaqə saxlayırıq".

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Qrasshopper"lə 2+1 illik müqavilə imzalayıb. Onun qardaşı Rüfət Dadaşov isə "Şalke-2"də oynayır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner