"Əvəzlənmək istəyərkən top önümə düşdü və qol vurdum" - Yan Kliment

"Əvəzlənmək istəyərkən top önümə düşdü və qol vurdum" - Yan Kliment
XƏBƏR 24 Avqust 2022 / 09:40 4519
-  A +

“Viktoriya”nın futbolçusu Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı məğlub etdikləri (2:1) oyundan sonra açıqlama verib.

Qol.az xəbər verir ki, komandasının qələbə qolunu vuran çexiyalı hücumçu erkən əvəzlənməsinin səbəbini də izah edib:

“Qələbə qolunu vura bildiyim üçün xoşbəxtəm. Qoldan təxminən üç dəqiqə əvvəl qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim, amma əvəzlənmək üçün kənara işarə verməyə vaxtım yox idi. Əvəzləməyim üçün işarə etməyə hazırlaşırdım, amma elə oldu ki, ondan əvvəl gözləmədiyim halda top önümə düşdü və qol vurdum”.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner