Bəhlul Mustafazadə: "Komanda şəklində vuruşduq, əlimizdən gələni etdik"

Bəhlul Mustafazadə: "Komanda şəklində vuruşduq, əlimizdən gələni etdik"
XƏBƏR 24 Avqust 2022 / 01:30 3223
-  A +

"Oyuna yaxşı hazırlamışdıq, yaxşı mübarizə apardıq".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

O, ÇL-in qrup mərhələsinə vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini vurğulayıb: "Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklində vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" mübarizəni  Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner