Ozobiç: "Artıq önümüzə baxmalıyıq"

Ozobiç:  "Artıq önümüzə baxmalıyıq"
XƏBƏR 24 Avqust 2022 / 01:19 3300
-  A +

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində Çexiya "Viktoriya"sına 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlama verib

Qol.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi deyib: "Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Futbol da bir həyatdır, belə hallar baş verir. Artıq önümüzə baxmalıyıq. Avropa Liqasında bizi güclü rəqiblər gözləyir. Amma yaxşı çıxış etmək istəyirik. Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxmışdıqsa, bu mövsüm eynisini Avropa Liqasında etmək istəyirik”.

Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner