"Beşiktaş"dan yeni transfer

"Beşiktaş"dan yeni transfer
XƏBƏR 23 Avqust 2022 / 22:40 3665
-  A +

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan Kerem Atakan Kesgini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Kerem Atakan Kesgin "Sivasspor"a 2020-ci ilin yayında "Göztepe"dən transfer olunmuşdu. O, son mövsümdə 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner