Çempionlar Liqasında "Qarabağ"dan başqa Azərbaycanın bir təmsilçisi də var. Bu, "Dinamo Zaqreb"in şərəfini qoruyan Mahir Emrelidir. Futbolçumuzun komandası ilk matçda səfərdə Norveçin "Bode Qlimt" klubuna minimal hesabla - 0:1 uduzub. Xorvatiya çempionu sabah evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Maraqlıdır ki, "Qarabağ" futbol tariximizdə ilk və hələlik son dəfə ÇL qrupuna düşəndə komandamızın Bakıda "Kopenhagen"i məğlub etdiyi oyundakı yeganə qola Mahir imza atmışdı.
Xeyli vaxtdır zədədən əziyyət çəkən Emreli bu məsələlərlə bağlı sports.az saytına blits-müsahibədə danışıb.
- Zədə səbəbindən uzun müddətdir sabit çıxış edə bilmirsən. İndi durumun necədir?
- Şükür, tam olaraq yaxşıyam. Zədə ilə bağlı artıq heç bir problem yoxdur. Sadəcə, 1 ay məşqlərdən uzaq qalmışdım. Buna görə hələlik optimal formamdan uzağam. Amma zamanla formamı bərpa edib klubuma faydalı olmağa çalışacam.
- "Dinamo Zaqreb" ilk matçda səfərdə "Bode Qlimt"ə uduzdu. Sabah bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqsınız...
- Bəli, bizi ağır oyun gözləyir. "Bode Qlimt" həqiqətən çox yaxşı komandadır. Səfər qarşılaşmasında da bunu göstərdi. Düzdü, orda bəzi maneələr var idi. Məsələn, meydanın süni örtüklü olması. Amma evdə tamam başqa oyun olacaq. Bizim çox güclü və yaxşı təşkil olunmuş komandamız, fərdi bacarıqları ilə oyunu dəyişə biləcək futbolçularımız var. İlk oyundakı səhvlərimizə baxmışıq və rəqibi yaxşı incələmişik. Ümid edirəm ki, qalib gəlib ÇL qruplarına vəsiqə qazanacağıq.
- Keçmiş komandan da ÇL qrupuna düşmək üçün bu gün mücadilə verəcək. Maraqlıdır ki, ilk dəfə "Qarabağ" bunu bacaranda sənin Bakıdakı oyunda vurduğun qələbə qolunun çox böyük əhəmiyyəti olmuşdu...
- İlk öncə keçmiş komandama uğurlar arzulayıram. Bura mənim doğma evim olub. Hər zaman "Qarabağ"ı dəstəkləyirəm və uğurlarına sevinirəm. Bu mövsüm sərgilədikləri oyunla Çempionlar Liqasının qrup mərhələsinə layiq olduqlarını sübut ediblər. Hətta qrup mərhələsində də çox gözəl işlər görə bilərlər. Sadəcə, bu gün bunu rəsmiləşdirmək üçün son nöqtəni qoymaq lazımdır.
- "Qarabağ"ın Plzendəki matçda şanslarını necə dəyərləndirirsən?
- "Qarabağ" uğurlu nəticələrdən savayı çox gözəl, izləməkdən zövq aldığımız oyun nümayiş etdirir. Əgər əvvəllər yalnız top saxlamaqla diqqət çəkirdisə, indi həm hücumdakı oyunu, həm sürətli hücumlar zamanı müdafiəni unutmaması və bir çox başqa komponentlərə görə çox mükəmməl təşkil edilmiş, balanslaşdırılmış komanda olduğunu göstərir. "Qarabağ"ın bu axşam uğurlu nəticə əldə edib, qrup mərhələsinə vəsiqə qazanacağına inanıram.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər