Qvardiola Haalandı zədədən necə qoruyacağını açıqladı

Qvardiola Haalandı zədədən necə qoruyacağını açıqladı
XƏBƏR 23 Avqust 2022 / 11:49 2702
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haalandı zədədən uzaq tutmaq üçün onu az oynatmağa üstünlük verəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, bu barədə mütəxəssis bildirib. O, 22 yaşlı hücumçunu həftəlik yalnız 1 matçda meydana çıxarmağı düşündüyünü deyib:

"Yaxşı yemək və istirahət etmək lazımdır. Onun artıq həftədə 1 oyunu var. İndi bunu sizə deyirəm, Erliqin oynamayacağı vaxt 3 gündə bir matçımız olanda Xulian Alvaresi oynadacağam. Ən sevdiyim futbolçulardan biri Bernardo Silvadır. Amma o da indiyədək davamlı olaraq oynamayıb. Riyad Mahrez də ən çox bəyəndiyim futbolçulardandır. 3 gündən bir olan oyunlarımız başlayanda hər kəs oynayacaq".

Qeyd edək ki, Haaland "Mançester Siti"yə bu il "Borussiya"dan (Dortmund) keçib. Onun Almaniya təmsilçisindəki qol sayı yüksək olsa da (89 oyunda 86 qol), forvard zədələr də yaşayıb. O, zədə səbəbindən ümumilikdə 2020-ci ilin qışından bu ilin yayınadək 28 görüşü buraxıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner