Çexiyanın ruik.cz saytı "Viktoriya"nın Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Ağdam təmsilçisi haqda yazıb.
Qol.az xəbər verir ki, yazıda Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın daha əvvəl 1 dəfə Çempionlar Liqasının qrupunda oynadığı xatırladılıb: “Qarabağ” bir dəfə Çempionlar Liqasında çıxış edib. 2017/18 mövsümündə komanda “Roma”, “Çelsi” və “Atletiko" ilə birlikdə ölüm qrupuna düşüb. Məhz Madrid təmsilçisi ilə “Qarabağ” iki dəfə heç-heçəyə nail olsa da, digər görüşlərdə məğlub olub.
Cari mövsümdə "Viktoriya" HJK (Helsinki) və "Şerif"i (Tiraspol) keçdi, "Qarabağ" isə "Lex", "Sürix" və "Ferentsvaroş"u mübarizədən kənarlaşdırdı.
"Viktoriya" ilə "Qarabağ" arasında ilk dueldə qol görmədik, ancaq daha yaxşı komanda “Qarabağ” idi. İlk oyunda rəqibin qol vurmamasının qarşısını sözün əsl mənasında sehr edən əla qapıçı Jindriç Stanek aldı.
Həftəsonu liqa matçında hər iki komanda oynamayıb və gücünü qoruyub. Məhz bu amil əsas rol oynaya bilər, çünki oyunda əlavə vaxt da mümkündür.
“Qarabağ”ın heyətində ən böyük təhlükə ilk dueldə də qol epizodları yaradan İbrahima Vadjidir. O, ilkin mərhələlərdə dörd dəfə fərqlənib, ötən mövsüm 15 qol vurub. Plzen təmsilçisi isə səfərdən çox ümidverici nəticə ilə qayıtdı. Bundan əlavə, "Viktoriya" evdə kifayət qədər güclüdür, ilkin turlarda "Duşan Arena"da keçirilən hər iki görüşdə 7:1 hesabı ilə qalib gəlib".
Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı