"Fiziki və taktiki baxımdan hazırıq" - Abdullah Zubir

"Fiziki və taktiki baxımdan hazırıq" - Abdullah Zubir
XƏBƏR 22 Avqust 2022 / 21:57 5355
-  A +

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Çexiya) ilə cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Qol.az xəbər verir ki, o, matç öncəsi deyib: "Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı mübarizə və yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".

Zubir heç vaxt ÇL-in qrupunda oynamadığını söyləyib: "Mən və komanda yoldaşlarım bu addımı atmaq üçün hazırıq. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.

Daha çox


Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır