"İlk oyundan sonra da demişdim ki, rəqibin hücumda keyfiyyəti əladır. Onlar texniki cəhətdən güclüdürlər və rəqibə oynamaq üçün çox yer verməməliyik. Başlanğıcdan dəqiq olmalıyıq və sürətlə yüksəlməliyik. İlk oyundakı kimi oynasaq və bir az üstünə qoysaq, yaxşı nəticə əldə edə biləcəyimizə inanıram".
Qol.az xəbər verir ki, bu sözləri "Viktoriya"nın baş məşqçisi Mixal Bilek Çempionlar Liqasında pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Oyunumuzla bağlı iki variantımız var. Bunlardan biri 3-lü müdafiədir. Son məşqdən sonra baxacağıq. Vatslav Jemelka ilk oyunda sol cinahda yaxşı çıxış etdi. Sabah da belə mövqedə oynaya bilər. Lukaş Heydanı isə kiminlə əvəz edəcəyimə qərar verməklə bağlı sabaha qədər vaxtım var. İki mümkün "11-liy"im var. Hər ikisi də keyfiyyətlidir. Sabah səhər hazırlığına az qalmış qərar verəcəyəm. Bütün futbolçularım hazırdırlar. Oynamaq istəyirlər və matça tam kökləniblər" - deyə o bildirib.
Mütəxəssi Bakıdakı görüşlə sabahkı qarşılaşmanın oxşar olacağını vurğulayıb: "Qarabağ” üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la cavab oyununu bir daha izlədik. "Ferentsvaroş" hesabı açmaq çalışdı, sonra 1:3 məğlub oldu. "Qarabağ"ın da istədiyi budur. Açıq futbol oynasaq, "Qarabağ" təhlükəli olacaq. Biz buna imkan verməməliyik".
O, məşqçilik karyeranısının ən vacib oyununa çıxacağını söyləyib: "Yəqin ki, belə olacaq. Məşqçi kimi Çempionlar Liqasının qrup mərhləsində olmamışam. Mənimlə yanaşı, əksər oyunçularımız da burada olmayıb. Evimizdə güclüyük. Bu, bizim üçün böyük çağırışdır.İnanıram ki, uğurlu olacağıq. Azarkeşlərdən güclü dəstək alacağıq".
M.Bilek futbolçusu Con Moskeranin ilk matçda aqressiv oyunu barədə isə bunları deyib: "Bunları müzakirə etmişik. İlk oyunda lazımsız hərəkət etmişdi. Uğur qazanmaq istəyiriksə, futbolçularımın intizamı 100 faiz olmalıdır. Hakimə reaksiya verməməliyik".
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər