"Bu, oyunun əsas açarlarından biri ola bilər" - "Viktoriya"nın futbolçusu

"Bu, oyunun əsas açarlarından biri ola bilər" - "Viktoriya"nın futbolçusu
XƏBƏR 22 Avqust 2022 / 19:28 6338
-  A +

"Viktoriya" (Çexiya) futbolçusu Lüdek Pernitsa Çempionlar Liqasının pley-off mərhələsində  "Qarabağ"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Qol.az xəbər verir ki, müdafiəçi Ağdam təmsilçisinin hücumda yaxşı oyun nümayiş etdirdiyini deyib:  "Amma müdafiə xəttində zəif yerlər var. İlk oyunda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərə diqqət yetirəcəyik. Bu, oyunun əsas açarlarından biri ola bilər. Standart vəziyyətlər bizim gücümüzdür".

O, komandanın kapitanı  Lukaş Heydanın cəza səbəbindən oynamaması haqda da danışıb "O, oynasa belə, bizə çətin olacaq. Təbii ki, o, bizim kapitanımızdır və yoxluğu daha ciddi itkidir. Amma inandığımız başqa keyfiyyətli oyunçularımız var".

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner