“Lukoyl” “Spartak”ın sahibi oldu

“Lukoyl” “Spartak”ın sahibi oldu
XƏBƏR 22 Avqust 2022 / 13:56 2117
-  A +

Azərbaycanlı iş adamı Vahid Ələkbərovun təsisçisi olduğu “Lukoyl” şirkəti Moskva “Spartak”ının və “Otkrıtiye Bank Arena” stadionunun səhmlərinin 100 faizini alıb.

Qol.az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib. Buna qədər “Lukoyl” 20 il “Spartak”ın baş sponsoru olub. Neft şirkəti Moskva təmsilçisinin səhmlərini tam aldıqdan sonra klubun prezidenti Leonid Fedun vəzifəsindən istefa verib. O, 18 il bu vəzifədə çalışıb.

Qeyd edək ki, qərbin sanksiyaları altına düşən V.Ələkbərov bu ilin aprelində “Lukoyl”un prezidenti vəzifəsindən ayrıldığını açıqlayıb. O, qərarını sanksiyaya düşməsi səbəbindən şirkətin bəzi ölkələrdə ziyan görmək istətəməməsi ilə əlaqələndirib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner