Məşqdə topa zərbə vurdu, parkinqdə dayanan maşının şüşəsini sındırdı

Məşqdə topa zərbə vurdu, parkinqdə dayanan maşının şüşəsini sındırdı
XƏBƏR 22 Avqust 2022 / 13:37 4306
-  A +

"Fulhem"in futbolçusu Aleksandr Mitroviç qəribə hadisə ilə gündəmə gəlib. 

Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu məşq zamanı topa zərbə vurub və top hasarın üstündən keçərək komanda yoldaşı Tom Kirninin parkinqdə olan maşınına dəyib. Nəticədə avtomobilin ön şüşəsi sınıb. Daha sonra Mitroviç maşının qarşısında dayanıb şəkil çəkərək komandanın votsap qrupuna göndərib.

O yazıb: "Düzdür, Kirninin maşınının şüşəsini sındırdım. Top hasarı keçərək maşına dəydi. Ona görə də şüşə sındı".


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner