"Barselona"nın Kunde problemi

"Barselona"nın Kunde problemi
XƏBƏR 22 Avqust 2022 / 12:54 3190
-  A +

"Barselona" yeni transferi Jül Kundeni hələ də La Liqada qeydiyyatdan keçirə bilməyib.

Qol.az AS-a istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə problemlərinin olmasıdır. Kataloniya təmsilçisi  La Liqa rəhbərliyinin qoyduğu maaş və xərc limitini aşdığına görə yay transfer pəncərəsində aldığı 5 oyunçudan 4-nü (Andreas Kristensen, Frank Kessye, Robert Levandovski, Rafinya) qeydiyyatdan keçirib. 23 yaşlı müdafiəçinin oynaması üçün "Barselona" 20 milyon avro məbləğində maaş xərclərini azaltmalı və ya oyunçu satmalıdır. 

Qeyd edək ki, Kunde ilə "Barselona" arasında imzalanan müqavilənin müddəti 5 illikdir. Həmçinin futbolçunun sözləşməsində 1 milyard avroluq təzminat məbləği də qeyd olunub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner