Zelenski Şevçenkonu mükafatlandırdı

Zelenski Şevçenkonu mükafatlandırdı
XƏBƏR 22 Avqust 2022 / 10:26 4305
-  A +

Məşhur ukraynalı keçmiş hücumçu, 2004-cü ildə "Qızıl top"un qalibi olan Andrey Şevçenko "Ukraynanın Milli Əfsanəsi" mükafatına layiq görülüb. 

Qol.az xəbər verir ki, mükafat 45 yaşlı mütəxəssisə ölkə başçısı Volodimir Zelenski tərəfindən təntənəli şəkildə təqdim olunub. Bu barədə Ukrayna prezidenti öz Tvitter hesabında məlumat yayıb. O, həmin təqdimetmə mərasimindən foto paylaşıb və yazıb: 

"Kiyev "Dinamo"sunun və Ukrayna millisinin əfsanəsi, Çempionlar Liqasının qalibi, "Qızıl top"un sahibi... Bir çox başqa titullar onu dünyada məşhurlaşdırıb".

Qeyd edək ki, Şevçenko karyerası ərzində "Milan", "Çelsi" kimi komandalarda da oynayıb. O, futbolçu karyerasını bitirdikdən sonra Ukrayna millisində 2016-cı ildə məşqçi, 2016-2021-ci illərdə isə baş məşqçi kimi çalışıb. Mütəxəssisin son iş yeri İtaliya "Cenoa"sı olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner