"Qarabağ"ın cavab oyununa hakim təyinatları açıqlandı

"Qarabağ"ın cavab oyununa hakim təyinatları açıqlandı
XƏBƏR 21 Avqust 2022 / 12:41 7840
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Viktoriya" (Çexiya) - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artur Diaş idarə edəcək. Ona Ruy Tavareş və Paulu Soareş köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyun qolsuz bərabərliklə başa çatıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner