Kazemiro "Real"la vidalaşdı

Kazemiro "Real"la vidalaşdı
XƏBƏR 20 Avqust 2022 / 18:56 3540
-  A +

"Real"dan "Mançester Yunayted"ə keçən Kazemiro Madrid təmsilçisi ilə vidalaşıb. 

Qol.az xəbər verir ki, o, öz Tvitter hesabında etdiyi paylaşımda yazıb: 

"Təsəvvür edə biləcəyim ən maraqlı hekayəni yaşadım. Ümid edirəm ki, bu kluba qayıdacağam. Minlərlə həyatım olsa, yenə də "Real"ı unuda bilməyəcəyəm. Mənə verdiyiniz hər şey üçün təşəkkür edirəm!"

Qeyd edək ki, Kazemiro 2013-cü ildən "Real"da oynayırdı. "Mançester Yunayted" ötən gün futbolçu ilə razılığa gəldiklərini rəsmən açıqlayıb. Tərəflər yaxında müqavilə imzalayacaqlar.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner