Harri Keyn yeni rekorda imza atdı

Harri Keyn yeni rekorda imza atdı
XƏBƏR 20 Avqust 2022 / 18:24 2996
-  A +

"Tottenhem"in futbolçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb. 

Qol.az xəbər verir ki, o, buna 3-cü turda "Vulverhempton"la görüşdə fərqlənməklə nail olub. Bu, 29 yaşlı hücumçunun "Tottenhem"in heyətində yerli çempionatda vurduğu 185-ci qol olub. Nəticədə Keyn bir komandanın tərkibində Premyer Liqada belə göstəriciyə çatan ilk futblçu adını qazanıb. O, "Mançester Siti"nin keçmiş forvardı Serxio Aqueronun rekordunu (184 qol) qırıb. 

Qeyd edək ki, Keyn 2009-cu ildən "Tottenhem"də oynayır.


Son xəbərlər