Kavani bu klubla razılığa gəldi

Kavani bu klubla razılığa gəldi
XƏBƏR 20 Avqust 2022 / 11:06 6334
-  A +

"Mançester Yunayted"dən ayrılan Edinson Kavaninin yeni klubu bəlli olub.

Qol.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Nikolo Skira məlumat yayıb. O, 35 yaşlı hücumçunun "Vilyarreal"la razılığa gəldiyini qeyd edib. 

Uruqvaylı forvardın bugünlərdə La Liqa klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Kavani 2020-ci ilin payızında PSJ-dən "Mançester Yunayted"ə keçmişdi. O, "Mançester Yunayted"in heyətində 59 matçda 19 qol vurub. 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner