"Çelsi" öz azarkeşlərinin Premyer Liqanın 2-ci turunda "Tottenhem"lə matçda rəqibin futbolçusu Son Hın Minin ünvanına irqçi təhqirlər səsləndirilməsi ilə bağlı araşdırma aparır.
Qol.az xəbər verir ki, bu barədə klub bəyanat yayıb. Bəyanatda bildirilib:
“Çelsi" Futbol Klubu hər hansı bir irqçi davranışı tamamilə iyrənc hesab edir. "Çelsi" ardıcıl olaraq bu məsələlərə qarşı öz mövqeyini ifadə edib. Lakin hələ də bəzi axmaqlar var ki, bu kluba qondarma "azarkeşlər" kimi yapışırlar. Belə hallar da "Çelsi", məşqçilər, oyunçular, işçilər və komandamız üçün biabırçılıqdır. Biz bu hadisəni araşdırırıq və günahkar müəyyən olunarsa, həmin şəxs klub tərəfindən ən sərt cəzalarla üzləşəcək”.
Qeyd edək ki, hadisə futbolçunun "Çelsi" ilə görüşdə küncdən zərbə yerinə yetirdiyi an baş verib. "Çelsi"nin doğma meydanında - "Stemford Bridc"də keçirilən sözügedən matç 2:2 hesabı ilə başa çatıb.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu