"Qarabağ"dan Azərbaycana növbəti xal - UEFA reytinqi

"Qarabağ"dan Azərbaycana növbəti xal - UEFA reytinqi
XƏBƏR 18 Avqust 2022 / 09:20 6523
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

Qol.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb. Buna "Qarabağ"ın dünən ÇL-in pley-off mərhələsinin ilk oyununda “Viktoriya” (Plzen) ilə qolsuz bərabərə qalması səbəb olub. Bu nəticə ilə xal ehtiyatını daha 0,125 artıran ölkəmiz bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdırıb. Azərbaycan hazırda reytinq siyahısında 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.
 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner