Çexiya “Viktoriya”sının (Plzen) baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la qolsuz bərabərə qaldıqları ilk oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Biz bu gün açıq futbol sərgiləsəydik, oyun daha sürətli və qaynar keçərdi. Ancaq əsas məqsədimiz müdafiədən oynamaq, əks-hücumlar qurmaq idi.
- Nəticə sizi qane etdi?
- Nəticədən razıyıq. Onsuz da bilirik ki, bizi ölkəmizdə "Qarabağ"la daha ağır oyun gözləyir. Xüsusi hazırlaşacağıq. Oyunun əvvəlindən də bilirdik ki, "Qarabağ" kifayət qədər güclüdür. Üç çox güclü komandanı geridə qoyublar. Gözləyirdik ki, oyun heç-heçə bitə bilər. Böyük şansımız oldu. Müdafiəmiz güclü idi. Bizim şanslarımız daha çox idi.
- Futbolçularınız aqressiv davranırdılar və kapitanınız Lukaş Heyda da sarı vərəqə alaraq cəzalı duruma düşdü. Bu barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, aqressiv idik. Əsas səbəb o ola bilər ki, hücuma atılmaqda tələsirdik. Bunun təsiri ola bilər. Amma heç bir aqressiya göstərmədən oynadıq. Kapitanımız növbəti matçı buraxacaq. Amma onsuz da yaxşı oyun göstərmək iqtidarındayıq.
- Qapıçınızın çıxışını necə qiymətləndirirsiniz?
- Qapıçımız yaxşı oynadı. Çexiyada ən yaxşı qapıçılardan hesab olunur. Növbəti oyunda da düşünürəm ki, öz formasında olacaq və yüksək səviyyədə oynayacaq.
- Bu gün "Qarabağ" - "Viktoriya", yoxsa "Qarabağ" - qapıçı görüşü 0:0 nəticələndi?
- 0:0 ədalətli nəticədir. Hər iki komandanın şanslarını bərabər görürəm.
- Vatslav Jemelkanın performansından razı qaldınız?
- Bu gün digər matçlardan fərqli idi. Amma ümumi komanda şəklində hamı özünə layiq oyun sərgilədi.
- Azərbaycanlı azarkeşlər sanki özlərini aqressiv göstərirdilər. Oyunçularınız hətta məşq edəndə də onlara təzyiq edirdilər. Bu barədə nə deyə bilərsiniz?
- Düşünmürəm ki, bizə qarşı aqressiv idilər. Əksinə, oyun çox gözəl atmosferdə keçdi. Ölkəmizdəki matçda da öz azarkeşlərimizdən bu cür atmosfer gözləyirəm.
- "Viktoriya"ya mərhələ keçmək üçün hansı amil kömək olacaq?
- Əsasən qapının qorunması.
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər