Yığmamız İslamiadada qızıl medal qazandı - Yenilənib

Yığmamız İslamiadada qızıl medal qazandı - Yenilənib
XƏBƏR 17 Avqust 2022 / 17:08 2218
-  A +

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 

Qol.az xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib. 

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gəlib. Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma qızıl medallara sahib olub.

Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner