Klopp: "Sanki evimizdə cadugər var"

Klopp: "Sanki evimizdə cadugər var"
XƏBƏR 17 Avqust 2022 / 10:00 2780
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın bir neçə futbolçusununn zədəli olması ilə bağlı yaranan problemlərdən danışıb. 

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Həftə çox çılğın keçdi. Mən çox şey yaşadım. Amma son hadisələr bizə elə hiss etdirir ki, sanki evimizdə bir cadugər var. Düzünü desəm, hər gün kimsə zədə səbəbindən görə siyahıdan çıxarılırdı. Son matçda Joel Matip meydana çıxa bilmədi. Lakin Nataniel Fillips əvvəllər zədəli olduğu üçün yalnız bir gün əvvəl məşq etsə də, yaxşı oynadı. Firmino oyunda iştirak edə bilmədi. Hendersonun oyun vaxtı ilə bağlı məhdudiyyətləri var idi ki, bu da narahatlıq doğururdu. Bunlar düzəlməlidir, hər şey o qədər də yaxşı deyil".

Qeyd edək ki, Joel Matip "Liverpul"un zədə səbəbindən sıradan çıxmış 10-cu futbolçusu olub. Daha əvvəl Tiaqo Alkantara, Roberto Firmino, İbrahima Konate, Dioqo Jota, Kurtis Cons, Kevin Kellexer, Aleks Oksleyd-Çemberleyn, Kelvin Remzi və Keyd Qordon zədələnmişdi.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner