Kvaratsxeliya "Napoli"də bu uğura imza atdı

Kvaratsxeliya "Napoli"də bu uğura imza atdı
XƏBƏR 16 Avqust 2022 / 11:04 3910
-  A +

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya komandadakı debüt oyununda yeni nailiyyətə imza atıb.

Qol.az "Opta"ya xəbər verir ki. 21 yaşlı yarımmüdafiəçi buna A seriyasının 1-ci turunda “Verona” ilə oyunda (5:2) 1 qol vurmaqla və 1 qol ötürməsi verməklə nail olub. Kvaratsxeliya ən azı 2003/2004 mövsümündən bəri "Napoli"də A seriyasında debütdəcə qol vuran və qol ötürməsi verən ilk oyunçu olub.

Xviça həmçinin Kaxa Kaladzedən (13 qol) sonra A Seriyasında qol vurmağı bacaran 3-cü gürcü futbolçu olub. 2-ci yerdə isə Levan Mxedlidzedir (11 qol).

Qeyd edək ki, Xviça bu yay Gürcüstan "Dinamo"sundan (Batumi) 10 milyon avroya "Napoli"yə keçib.

Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner