Mahir "Dinamo" ilə Norveçdə

Mahir "Dinamo" ilə Norveçdə
XƏBƏR 16 Avqust 2022 / 10:16 3817
-  A +

Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının pley-off mərhələsində  "Budo Qlimt"lə (Norveç) səfər matçı üçün Norveçə aparılan heyətdə yer alıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komanda ilə hazırda Norveçdədir. Baş məşqçi Ante Çaçiç şans verəcəyi təqdirdə, hücumçu "Budo Qlimt"ə qarşı oynayacaq.

Qeyd edək ki, sözügedən görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab oyunu 1 həftə sonra Xorvatiyada olacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner