“Bu, həm mənim, həm də komandam üçün ağır oyun idi”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Viktoriya”nın müdafiəçisi Vaslak Jemelka Çexiya çempionatında "Hradeç Kralove"ya qarşı səfər matçı barədə danışarkən deyib. Plzen təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi bu görüşdə 27 yaşlı mərkəz müdafiəçisi olan Vaslav Jemelka yeni klubunda debüt edib. O, üçlü mərkəz müdafiəçiləri ilə oynamaları barədə Çexiya mətbuatına danışarkən deyib:
“Artıq məşqdə biz qərarlaşdırmışdıq ki, “Hradeç Kralove"yə qarşı üç mərkəz müdafiəçisi ilə oynayacağıq. Köhnə komandamda bu sistemlə tez-tez oynadığımdan məndə hər hansı problem olmadı. Bu, baş məşqçinin qərarı idi və mən şadam ki, belə sistemdə də oynaya bilirəm”.
Vaslav Jemelka deyir ki, hazırda komandalarında əhval-ruhiyyə yaxşıdır: “Çempionlar Liqasında və yerli liqada uğurla çıxış edirik. Burada ab-hava gözəldir. Komandaya uyğunlaşıram. İnanıram ki, gələcəkdə özümü burada daha əla hiss edəcəyəm”.
O, Bakıda “Qarabağ”la keçirəcəkləri Çempionlar Liqasının ilk pley-off matçı haqda da danışıb: “Plzenə Çempionlar Liqasında oynamaq üçün gəlmişəm. Xoşbəxtəm ki, bu istəyimə nail olacağam. “Pley-off”da “Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm. Mən Çempionlar Liqasında mübarizəyə hazıram. Görək, necə olacaq. Amma bir daha təkrar edirəm, qarşıdakı oyunu çox gözləyirəm”.
Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!