İngiltərə Premyer Liqasının 2-ci turunda bu gün keçirilən "Çelsi" - "Tottenhem" matçından sonra komandaların baş məşqçiləri arasında münaqişə yaşanıb.
Qol.az xəbər verir ki, matçın final fitindən sonra "Çelsi"nin çalışdırıcısı Tomas Tuhellə "Tottenhem"in baş məşqçisi Antonio Konte bir-birinin əlini sıxıblar. Tuhel həmkarının əlini buraxmayıb. Bu isə italyan məşqçinin xoşuna gəlməyib. O, bir neçə dəfə qışqıraraq "Nə istəyirsən" deyib. Tuhel isə həmkarına "Gözümün içinə bax" deyib.
Onların əlbəyaxa olmasına digər məşqçilər imkan verməyib. Görüşün baş hakimi Entoni Teylor hər iki mütəxəssisə qırmızı vərərə göstərib.
2:2 hesabı ilə başa çatan matçın gedişində də baş məşqçilər arasında bir neçə dəfə söz atışması olub.
Yuxarı
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi