Daha bir güləşçimiz İslamiadanın qalibi oldu

Daha bir güləşçimiz İslamiadanın qalibi oldu
XƏBƏR 13 Avqust 2022 / 20:01 1310
-  A +

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında daha bir medal qazanıb.

Qol.az xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) finalda qırğızıstanlı Amantur İsmayılovu 3:1 hesabıyla məğlub edərək İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edək ki, Həsrət Cəfərov bundan əvvəl iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələmişdi.

Xatırladaq ki, bu gün qadın güləşçi Jalə Əliyeva (57 kq) da finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.
 


Son xəbərlər