İslamiada: Aerobika gimnastikası millimizdən gümüş medal

İslamiada: Aerobika gimnastikası millimizdən gümüş medal
XƏBƏR 13 Avqust 2022 / 18:27 619
-  A +

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası üzrə təsnifat mərhələsi baş tutub. 

Qol.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında finala vəsiqə qazanıblar. Təmsilçilərimiz M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da final mərhələsinə adlayıblar. Həlledici mərhələ sabah keçiriləcək 

Bu nəticələrlə aerobika gimnastikası üzrə təmsilçilərimiz komanda hesabında gümüş medalı özləri üçün təmin ediblər. Mükafatlandırma mərasimi sabah olacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner