Ançelotti "Real"dan ayrıldıqdan sonra...

Ançelotti "Real"dan ayrıldıqdan sonra...
XƏBƏR 13 Avqust 2022 / 15:45 4977
-  A +

"Real"ın çalışdırıcısı Karlo Ançelotti Madrid təmsilçisindən ayrıldıqda sonra məşqçilik karyerasını başa vuracaq. 

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 63 yaşlı mütəxəssis öz açıqlamasında bildirib. O deyib:

"Real"dan ayrılandan sonra təqaüdə çıxacağam. "Real" futbolun zirvəsidir. Son dəfə burada işləyib, daha sonra vidalaşmaq mənim üçün ən yaxşısıdır".

Qeyd edək ki, Ançelotti 2021-ci ildən Madrid təmsilçisinə baş məşqçilik edir. O, 2013-2015-ci illərdə də bu komandanı çalışdırıb. Həmçinin italiyalı mütəxəssis "Milan", PSJ, "Yuvetus", "Parma", "Çelsi", "Bavariya", "Napoli", "Everton" kimi klubların baş məşqçisi olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner