"Qızıl top"un favoritiyəm" - Mbappe

"Qızıl top"un favoritiyəm" - Mbappe
XƏBƏR 13 Avqust 2022 / 12:50 2305
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe yaxın zamanda "Qızıl top"u qazanmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu özü açıqlamasında bildirib. O deyib:

“Mən mümkün qədər tez “Qızıl top”u qazanmaq istəyirəm. Düzdür, bəlkə də bunu etiraf etməyə cəsarət edənlər azdır. Mən hələ də inanıram ki, ilk dəfə mükafat qazanmaq ən çətin şeydir. Düşünürəm ki, 2018-2021-ci illərdəki oyunum mənə ilk "10-luq"da möhkəmlənməyə imkan verdi. Mən meydançada kifayət qədər güclü futbolçu deyildim. Düşünürəm ki, son iki ildə yeni səviyyəyə çatmışam. İndi meydanda daha ciddi statusum var, həlledici görüşlərdə daha yaxşı oynayıram. Bir sözlə, indi mən "Qızıl top" üçün əvvəlkindən daha çox favoritəm və ciddi namizədəm”.

Qeyd edək ki, ötən gün "French Football" nəşri 2022-ci il üçün "Qızıl top"a namizədlərin siyahısını açıqlayıb. Onların arasında Mbappe də var.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner