"Qarabağ"ın öhdəsindən gələcəyik"

"Qarabağ"ın öhdəsindən gələcəyik"
XƏBƏR 13 Avqust 2022 / 12:17 6450
-  A +

"Viktoriya"nın (Plzen, Çexiya) futbolçusu Forçun Akpan Bessi Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri matçlar haqqında danışıb. 

Qol.az Çexiya mətbuatına istnadən xəbər verir ki, "Ferentsvaroş"dan icarəyə götürülən 24 yaşlı hücumçu 3-cü təsnifat mərhələsində Macarıstan komandasının Ağdam təmsilçisinə uduzmasını xatırlayaraq deyib: 

"Bu rəqibə qalib gələ bilərik. "Qarabağ"la matçlar çətin idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" ilk oyunda "Ferentsvaroş"la heç heçə etsə də (1:1), cavab görüşündə qalib gələrək (3:1) pley-offa adlayıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner