"Diqqətimizi "Qarabağ"a yönəldəcəyik" - "Viktoriya"nın yeni transferi

"Diqqətimizi "Qarabağ"a yönəldəcəyik" - "Viktoriya"nın yeni transferi
XƏBƏR 13 Avqust 2022 / 11:14 4522
-  A +

"Viktoriya"nın (Plzen, Çexiya) yeni transferi Erik Jirka komandasının qarşıdakı oyunları barədə danışıb.

Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Çexiya çempionatının 3-cü turunda bu gün "Hradeç Kralove" ilə keçirəcəkləri matç və Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oynayacaqları görüşlər haqqında fikirlərini bölüşüb:

"Mən hazıram! Bu gün komanda ilə məşq etdim. Sabahkı oyuna hazırlaşırıq. Bizi vacib matç gözləyir. Çünki hər bir yarış önəmlidir. Bundan sonra isə diqqətimizi "Qarabağ"a yönəldəcəyik”.

Əlavə edək ki, "Hradeç Kralove" - "Viktoriya" oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki  "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner