Messi 17 il sonra ilk dəfə "Qızıl top"a namizəd deyil

Messi 17 il sonra ilk dəfə "Qızıl top"a namizəd deyil
XƏBƏR 13 Avqust 2022 / 10:38 2141
-  A +

Xəbər verdiyimiz kimi, PSJ-nin və Argentina millisinin futbolçusu Lionel Messi 2022-ci il üçün "Qızıl top"a namizədlər siyahısında yoxdur. 

Qol.az xəbər verir ki, belə hal son dəfə 17 il öncə yaşanıb. 35 yaşlı forvard 2005-ci ildən etibarən hər il "Qızıl top"un qısa siyahısında yer alıb. O, hətta 2007-2018-ci illərdə hər il ilk "3-lüy"ə daxil olmağı bacarıb. O, bu müddət ərzində 5 dəfə sözügedən mükafata layiq görülüb. 2018-ci ildə qələbəni əldən verən forvard 2019, 2021-ci illərdə "Qızıl top"u qazanıb. Koronavirus pandemiyası səbəbindən mükafat 2020-ci ildə verilməyib. 

Qeyd edək ki, Messi PSJ-nin heyətində geridə qalan mövsüm 34 matçda 14 qol vurub və 11 qolun ötürməsini verib. O, Argentina millisi ilə 15 oyunda 7 dəfə fərqlənib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner