Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
XƏBƏR 13 Avqust 2022 / 10:00 4218
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb. 

Qol.az qurumun saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində RFŞ (Latviya) - "Linfild" (Şimali İrlandiya) oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Latviyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner