Azərbaycan İslamiadada daha 2 medal qazandı

Azərbaycan İslamiadada daha 2 medal qazandı
XƏBƏR 12 Avqust 2022 / 19:08 1601
-  A +

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıb. 

Qol.az xəbər verir ki, yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) yarışda qızıl medal əldə edib. O, finalda  özbəkistanlı Jasurbek Ortikboyevə 10:1 hesabı ilə qalib gəlib. 

Elnurə Məmmədova (55 kq) isə 3-cü turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda ölkəmizin aktivində 7 qızıl, 10 gümüş, 13 bürünc medal var.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner