"Viktoriya" "Ferentsvaroş"un hücumçusunu icarəyə götürdü

"Viktoriya" "Ferentsvaroş"un hücumçusunu icarəyə götürdü
XƏBƏR 12 Avqust 2022 / 16:08 6766
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" (Plzen) heyətinə daha bir futbolçu cəlb edib.

Qol.az Çexiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi Macarıstan "Ferentsvaroş"undan Forçun Akpan Bessini icarəyə götürüb. Nigeriyalı hücumçu 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Qarabağ" 3-cü təsnifat mərhələsində  "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb.

"Viktoriya" ötən gün Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı da transfer edib.

"Qarabağ" "Qarabağ" "Viktoriya" ilə ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner