"Ferentsvaroş"un (Macarıstan) futbolçusu Balint Veçsey Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a evdə uduzaraq (1:3, ilk oyun - 1:1) mübarizəni dayandırmaları haqqında danışıb.
Qol.az magyarnemzet.hu-ya istinadən xəbər verir ki, o, buraxdıqları erkən qolun bütün planları korladığını deyib: “Qarabağ"la oyun planlaşdırdığımız kimi olmadı. Oyunun əvvəlindəki erkən qol ssenarini yenidən yazdı. Amma o halda belə dağılmamalı idik. Bu matçı dəyişmək üçün bir çox elementlər çatışmırdı. İkinci hissədə daha çox risk etdik, daha çox irəli getdik. Amma təəssüf ki, rəqib əks-hücumlarından yaxşı istifadə etdi".
Yarımmüdafiəçi bildirib ki, "Qarabağ"ın ən xırda səhvləri belə cəzalandıracaq futbolçuları var: "Əslində indiyə qədər də ciddi qarşılaşmalarımız olub və onları həll edə bilmişik. Bilirdik ki, "Qarabağ"ın ən kiçik səhvi belə cəzalandıracaq futbolçuları var. Biz isə kifayət qədər böyük səhvlərə yol verdik. Onlar da bundan istifadə etdilər. Matçda yuxuya getdik. topu yavaş ötürürdük. Topa sahib olduqdan sonra da sürətli keçidlərin icrası praktiki olaraq uğursuz alındı. Topla yavaş davrandıq və rəqibi “sındıra” bilmədik. İkinci hissədə bunu yaxşılaşdırmaq istədik, alınmadı".
Futbolçu Avropa Liqasının qrup mərhələsinə düşmək istədiklərini vurğulayıb: "Evdə uduzaraq mərhələ adlaya bilmədiyimiz üçün məyus olduq. Bu, çox ağrıdır. Biz təslim olmayacağıq, sabahdan artıq növbəti oyuna hazırlaşırıq. Avropa Liqasının qrup mərhələsinə düşmək istəyirik. Ən azı son 3 ildə buna nail olmuşuq. Biz indi bundan pis nəticə göstərmək istəmirik".
Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Ferensvaroş” pley-off mərhələsində İrlandiya klubu “Şemrok Rovers”lə qarşılaşacaq. “Qarabağ” isə Çempionlar Liqasının pley-offunda Çexiya “Viktoriya”sı (Plzen) ilə üz-üzə gələcək.
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix bilindi
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi
AFFA bu futbolçuları cəzalandırdı
Mbappe: “Qızıl top” “Real”a qayıtmalıdır
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzaladı
"Barselona" tarixinin ən yaxşı startı
Todd Boeli “Çelsi”dən ayrıldı - Klubda rəhbərlik dəyişdi
“Bavariya”nın Keyn planları
"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı
Rafinya: "Flikə həmişə minnətdaram"
“Liverpul” “Çelsi”yə rəqib oldu
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Klopp Almaniya millisinin heyətini açıqladı
“Mançester Yunayted” 49 il sonra bu uğursuzluğu təkrarladı
Millimizin rəqibinin heyəti açıqlandı - 16 legioner var
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
Messi 49-cu titulunu qazandı
"Barselona" - "Rasinq" oyunundakı 9 qol - Video
Məşhur futbolçu milli ilə vidalaşdı
Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər
"Milan"dan məğlubiyyət, "Bayer"dən qələbə
Renat oynadı, komandası kubokla vidalaşdı
Elvin Camalov “Qəbələ”yə qayıtdı - Rəsmi
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı