"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan danışıb.
Qol.az xəbər verir ki, o, "Sport Ekpress"ə açıqlamasında deyib: "Çərşənbə axşamı final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim. Təəssüf ki, biz vəzifəmizin öhdəsindən gələ bilmədik və “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Uduzmaq həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq.
Gələn həftəsonu komandanı Macarıstan çempionatının oyunu gözləyir. Daha sonra Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Şemrok Rovers”la qarşılaşacağıq. Təbii ki, qrup mərhələsinə düşmək istəyi var. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Növbəti oyunlarda onları sevindirmək istəyirik".
Rusiyalı mütəxəssis mövsümün yeni başladığını vurğulayıb: "Qarşıda hələ çox oyun var, ona görə də heç birimizin ağlına dincəlmək gəlmir. Uğur, əlbəttə, daha xoşdur, amma itirməyi də bacarmaq lazımdır. Bizim vəzifəmiz səhvlərimizi sakit şəkildə təhlil etmək, düzgün nəticə çıxarmaq və irəli getməkdir”.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı