Ançelotti Qvardiolanın rekordunu yenilədi

Ançelotti Qvardiolanın rekordunu yenilədi
XƏBƏR 11 Avqust 2022 / 09:52 2647
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Superkubokunda yeni rekorda imza atıb. 

Qol.az xəbər verir ki, bu, onun komandasının ötən gecə "Ayntraxt"ı məğlub edərək (2:0) kuboku qazanması ilə reallaşıb. Nəticədə Ançelotti karyerasında 4-cü dəfə UEFA Superkubokunun qalibi olub. Bu, rekord göstəricidir. 63 yaşlı çalışdırıcı 3 qələbə qazanan "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı keçib.

Ançelotti daha əvvəl “Milan”la 2 dəfə (2003, 2007), “Real”la isə 1 dəfə (2014) UEFA Superkubokunun qalibi olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner